Uitni Hyustonun qızı öldü - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 544
Səs ver:
(səs: 0)
Bobbi Kristinaya məhkəmənin təyin etdiyi qəyyumu Qordona qarşı 10 milyon dollarlıq iddia irəli sürüb.

Məşhur müğənnilər Uitni Hyuston və Bobbi Braunun yeganə qızı Bobbi Kristina Braun öz evinin hamamında huşsuz halda tapıldıqdan altı ay sonra, iyulun 26-da, dünyasını dəyişib.

Bu barədə ailəsi bildirib.

"Nəhayət ki, o, Allahın əlində rahatlıq tapdı. Biz bir daha son bir neçə ay ərzində göstərdikləri böyük sevgi və dəstəyə görə hər kəsə təşəkkür etmək istəyirik”, - deyə, mərhumun qohumları qeyd ediblər.

22 yaşlı Braun onun vətəndaş nikahında olduğu əri Nik Qordon tərəfindən yanvarın 31-də, Corciya ştatında Rozuell şəhərindəki evinin vanna otağında aşkarlanmışdı.  

Bobbi Kristinaya məhkəmənin təyin etdiyi qəyyumu Qordona qarşı 10 milyon dollarlıq iddia irəli sürüb. Sənəddə bildirilir ki, qız onu komaya salan zədəni Qordonla mübahisə etdikdən sonra alıb.

İddiaçının rəyinə görə, Braun Qordonun davranışı nəticəsində "həyat üçün təhlükəli bədən xəsarətləri alıb”.

Qəyyumun versiyasına əsasən, Qordon anasından miras qalmış vəsaitlərdən əldə etmək üçün Bobbi Kristinanı döyməyə başlayıb. Bildirilir ki, Bobbi komada olanda Qordon onun bank hesabından 11 min dollardan çox pul oğurlayıb.

 

 

 

(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 544
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri