Əxlaqsız ana oğlunu satmaq istədi - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 538
Səs ver:
(səs: 1)
Rusiyanın Şimali Osetiya-Alaniya Respublikasında 25 yaşlı qadın dünyaya gətirdiyi körpəsini satmaq istəyəndə həbs olunub.
Mozdok rayonunda yaşayan və fahişəliklə məşğul olan qadın 2 həftəlik uşağını "alıcı"lara verəndə tutulub. "Alıcı"lar polis əməkdaşları idilər.
Rusiya DİN-in mətbuat xidmətinin yetkilisi İrina Volkun dediyinə görə, Şimali Osetiya-Alaniyanın hüquq-mühafizə əməkdaşları ötən ay hamilə qadının doğacağı uşağı satmaq fikrində olması barədə operativ məlumat almışdılar.
Qadın övladını dünyaya gətirib və satışa çıxarıb. 4 kq çəkisi olan oğlan üçün ana pulu dərhal, nağd şəkildə tələb edib.
"Polis əməkdaşları özlərini uşaqsız ailə kimi təqdim ediblər. Qadın onlardan 150 min rubl alanda tutulub", - İ.Volk deyib.
Mozdok rayonunun sakini olan 25 yaşlı qadının 7 yaşlı qızı var. Uşaq kənddə nənəsi ilə yaşayır. Qadın isə Vladiqafqazda kirayədə yaşayır və fahişəliklə məşğul olurdu.
Satışa çıxarılmış uşaq indi Vladiqafqazdakı Respublika Uşaq Klinik Xəstəxanasındadır.

 

 

(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 538
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri