Emin restoranından qovulan əlildən üzr istəyib - fotolar

Müəllif: Antikvar
Şərhlər: 12
Baxılıb: 2 058
Səs ver:
(səs: 3)
Rusiyadakı "Rose bar” restoranında xoşgəlməz hadisə baş verib.
 
Anadangəlmə əlil olan Oleq Yeremin həmin məkandan məhz fiziki qüsurlu olduğu üçün qovulub. 22 apreldə restorana gələn Oleq "INSEAD” məktəbinin məzunları ilə görüşmək istəyib. Amma heç 3 dəqiqə keçmədən ona qapının yerini göstəriblər.

Qeyd edilir ki, restoran "Crocus Group” şirkətinin tərkibindədir və azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarova məxsusdur. Restoranın narazı ziyarətçisinin bu paylaşımını restoran işçiləri də görüb və məsələ ilə bağlı araşdırmalara başlanılıb. Məlum olub ki, Oleqi "Rose bar”dan həmin məkanın icraçı direktoru, Aleksey adlı şəxs çıxarıb. Bu hadisəyə Emin Ağalarov şəxsən müdaxilə edib və hər kəsin adından Oleq Yeremindən üzr istəyib.
 
O, Yeremini məkandan uzaqlaşdıran şəxsi və buna görə məsuliyyət daşıyan bir neçə nəfəri işdən azad edib. Emin Ağalarov fiziki qüsurlu şəxsi təzminat müqabilində dostları ilə birgə şəxsi restoranlarından hər hansı birinə yeməyə də dəvət edib.


 

(səs: 3)
Şərhlər: 12
Baxılıb: 2 058
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri