Araz Ağalarovun "görünməz" övladı Şeyla Ağalarova - FOTOLAR

Müəllif: Nigar
Şərhlər: 6
Baxılıb: 13 407
Səs ver:
(səs: 0)
Ağalarovlar ailəsi haqqında demək olar ki, hər şey məlumdur.



Moskvada yaşayan tanınmış iş adamı Araz Ağalarovun ailəsi və biznesində qaranlıq heç bir künc-bucaq qalmayıb.

Sfera.az xəbər verir ki, medianın üzə çıxardığı nə varsa, ortadadır: ailənin mənşəyi, üzvləri, sərvəti, saysız-hesabsız daşınmaz əmlak, yeni layihələr… Hər şey bir-bir üzə çıxarılıb. Ailənin bircə üzvü istisna olmaqla – Şeyla Ağalarova.

O, bu nəslin ikinci övladıdır. Lakin onun haqqında bilgilər yetərindən artıq azdır. Milyarder Araz Ağalarovun hazırda 24 yaşında olan qızı geniş tanıtımdan hər vəchlə qaçır.

Anası İrina Ağalarova bir dəfə demişdi: "Şeylanı dünyaya gətirdikdə üçüncü övlad arzusunda idim. Lakin indi üçüncü övladım var”.

Bu sözlərlə, əlbəttə, Leyla Əliyeva nəzərdə tutulurdu. Lakin Emin Ağalarov və Leyla Əliyevanın toyunda sonra da anası doğma qızını diqqətdən kənarda qoymur. Deyilənə görə, xanım İ.Ağalarovanın Şeyla üzərində təsiri hələ də böyükdür.

O, ara-sıra qardaşının konsertlərində görünsə də, səs-küylü məclislərdən qaçır. Rusiyanın kübar məclislərində belə, Şeyla nadir hallarda görünür. Göründüyü təqdirdəsə, ailəsi ilə birgə.

Nyu-Yorkdakı "Fashion Institute of Technology”ni bitirən Ş.Ağalarova barədə son bilgi onun indi də ABŞ-da yaşamasıdır. Nüfuzlu ailənin ikinci övladı dizayn sahəsində çalışır və bu heç kimdən gizli deyil. Ailə sərvətində gözü olmayan Ş.Ağalarova öz biznesini təsis edib. Yəqin ki, o da ata-Ağalarov kimi iş dünyasının zirvəsinə çıxmaq arzusundadır.

Mövzuya aid fotolar:

Araz Ağalarovun "görünməz" övladı Şeyla Ağalarova - FOTOLAR










(səs: 0)
Şərhlər: 6
Baxılıb: 13 407
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri