Azərbaycanda ilk: xəstənin sol ağciyəri endoskopik yolla çıxarılıb

Müəllif: Antikvar
Şərhlər: 3
Baxılıb: 1 678
Səs ver:
(səs: 0)
“Bu il Azərbaycanda ilk dəfə endoskopik yolla sol ağciyərin çıxarılması əməliyyatı həyata keçirilib”.

Bakı Ürək Mərkəzinin döş qəfəsi cərrahı, uzman Elmar Məmmədov bildirib ki, “Videotorakoskopol sol pnevmanektomaniya” adlanan əməliyyat 23 yaşlı qızın üzərində aparılıb.

Onun sözlərinə görə, xəstə vaxtında müalicə və əməliyyat edilmədiyindən ağır vəziyyətdə mərkəzə gətirilib: “Xəstəxanaya daxil olan zaman sol ağciyərini cərrahi əməliyyat yolu ilə çıxarmaq məcburiyyətində qaldıq. Lakin bu əməliyyatın çox ciddi təhlükəsi var idi. Çünki ətraflarda insan orqanizmi üçün vacib olan şah damar və ürəkdən çıxan digər damarların yerləşməsi əməliyyatı daha da çətinləşdirirdi. Həmin damarlara adi toxunuş xəstənin ölümü ilə nəticələnə bilərdi. Çox diqqətli olmaq lazım gəlirdi. Həkimlərin səyi nəticəsində ölkədə ilk dəfə icra olunan və 2-2,5 saat yarım ərzində davam edən cərrahiyyə əməliyyatı uğurla nəticələndi. Əməliyyatdan 4 gün sonra xəstə evə yazıldı. Hətta 15 gündən sonra xəstə artıq iş fəaliyyətini davam etdirirdi”.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 678
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri