37 yaşlı dünya şöhrətli müğənni Şakira vətəndaş nikahında olduğu futbolçu Jerar Pike və oğlu Milanla birlikdə fotokameralar qarşısına keçib.
İlk hamiləliyində olduğu kimi, Şakira bu dəfə də "World Baby Shower” xeyriyyə kampaniyası üçün pozlar verib. Fotosessiyadan əldə olunan gəlir dünyanın müxtəlif yerlərində körpələrin çətin şəraitdə dünyaya gəldiyi xəstəxanalara lazımi tibbi avadanlıqlar və dərmanlara xərclənəcək.
Bundan başqa, Şakira hər il olduğu kimi, bu il də "Facebook” hesabından uşaq adeyalları, müxtəlif vaksinlər üçün pul köçürmələri edəcək.