55 il əvvəl itkin düşən alpinistlər bu vəziyyətdə tapıldılar - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 374
Səs ver:
(səs: 5)
Meksikada qarın altından 55 il əvvəl itkin düşən alpinistlər tapılıb.

Bir qrup alpinist 5 min 610 metr hündürlükdə yerləşən Piko de Orizaba zirvəsinə qalxıblar. Orada donmuş buzun üstündə bir cəsədin başını aşkar etdikdən sonra aiddiyyatı qurumlara xəbər veriblər. Həmin yerə gələn səlahiyyətli şəxslər araşdırma zamanı ikinci cəsədi də aşkarlayıblar. İndi həmin cəsədlərin kimə aid olduğu araşdırılır.

Qeyd edək ki, 55 il əvvəl 3 alpinistin itkin düşüb və həmin vaxtdan etibarən onlardan heç bir xəbər alınmayıb. Buna görə də Piko de Orizaba zirvəsində tapılan cəsədlərin 55 il əvvəl itkin düşmüş alpinistlərə aid olduğu güman edilir. Lakin bu mülahizələrin doğru olub-olmaması DNT testindən sonra müəyyən ediləcək.

 

 

 

(səs: 5)
Şərhlər: 10
Baxılıb: 3 374
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri