ŞOK! Daha bir azərbaycanlı məşhur vəfat edib - FOTO

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 3 922
Səs ver:
(səs: 0)
AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, görkəmli epiqraf Məşədixanım Nemətova dünyasını dəyişib.

Publika.az-a istinadən xəbər verir ki, M.Nemətova 5 yanvar 1924-cü ildə II Zabrat kəndində anadan olub.1948-ci ildə AMEA-nın Tarix İnstitutunda aspiranturaya daxil olub, 1952-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2009-cu ildə Azərbaycanda epiqrafiq irsin tədqiqi sahəsində xüsusi xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunan Nemətova 2001-ci ildən AMEA-nın müxbir üzvüdür.
Azərbaycanın orta əsrlərinin epiqrafik abidələrini araşdıran alim 12 monaqrafiyanın, 300 elmi əsərin müəllifidir.

2500-dən artıq epiqrafik abidəni toplayıb, oxuyub, onların tarixi əhəmiyyətini müəyyənləşdirib. 60 ildən artıq müddət ərzində Azərbaycanın tarixi ərazilərini gəzərək ərəb qrafikasının müxtəlif xətləri ilə ərəb, fars, türk dillərində daşlara həkk olunmuş səlnamələri oxuyub tədqiq edib.
Allah rəhmət etsin!

ŞOK! Daha bir azərbaycanlı məşhur vəfat edib - FOTO
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 922
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri