ŞOK! TƏCİLİ! Azərbaycanlı məşhur vəfat etdi - ŞOK FOTO

Müəllif: Nigar
Şərhlər: 7
Baxılıb: 3 953
Səs ver:
(səs: 0)
BDU-nun Üzvi kimya kafedrasının professoru Mirzə Allahverdiyev rəhmətə gedib.

BiG.AZ xəbər verir ki, bu barədə modern.az-a universitetdən məlumat verilib.

Mirzə Allahverdiyev 15 sentyabr 1947-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Güllübulaq kəndində anadan olub. 1965-ci ildə həmin kəndin onbirillik məktəbini qızıl medalla bitirib və Bakı Dövlət Universitetinə daxil olub. 1970-ci ildə BDU-nu fərqlənmə diplomu ilə başa vurub. 1970-ci ildə AMEA-nın Aşqarlar Kimyası İnstitutunun (AKİ) aspiranturasına daxil olub və namizədlik işini Moskva Zərif Kimya Texnologiyası Akademiyasında yerinə yetirib. 1973-cü ildə AMEA-nın AKİ-da baş laborant, mühəndis, kiçik və böyük elmi işçi və laboratoriya müdiri vəzifələrində işləyib. 1974-cü ildə «Butoksi- və butiltioəvəzli aminspirtlərin sintezi və xassələri » mövzüsunda namizədlik dissertasiya işini müdafiə edib.

1987-1988-ci illərdə Rusiya EA-nın A.N.Nesmeyanov adına Elementüzvi Birləşmələr institutunda doktoranturada təhsil alıb. 1990-cı ildə «Tiiranlar və onların sələflərinin sintezi, xassələri və tətbiqi» mövzüsunda doktorluq dissertasiyası müdafiə edib. 2005-ci ildə təqdim olunan nəticələrinə görə Bakı Dövlət Universiteti üzrə «İlin alimi» fəxri adı ilə təltif edilib. 2007-ci ildə biblioqrafik göstəricilərinə görə ABŞ-da dərc olunan «Dünyada kim kimdir» kitabına daxil edilib. 2007-ci ildə 60-illik yubileyi ilə əlaqədar Azərbaycan Təhsil Nazirliyinin «Qabaqcıl təhsil işçisi» medalı, 2009-cu ildə Bakı Dövlət Universitetinin 90 illiyi ilə əlaqədar "Tərəqqi" medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

ŞOK! TƏCİLİ! Azərbaycanlı məşhur vəfat etdi - ŞOK FOTO
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 953
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri