Qışda ləzzətlə yeyecəyiniz POMİDOR TURŞUSU RESEPTİ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 6 421
Səs ver:
(səs: 0)
Tərkibi:
2 - 3 kq pomidor
1 - baş sarımsaq
2 - baş soğan
3 - x. q. - bitki yağı
1 - dəstə cəfəri
şüyüd toxumu
acı bibər

Pomidorun duzlu suyu üçün:
1 - litrə su
Sirkə - 9% - 50 ml
1 - x. q. duz
3 - x. q. şəkər tozu
1 - ç. q. qara itsiot yumru toxum
3 - 4 ədəd dəfnə yarpaği

Hazırlanması:

İlk öncə tərəvəzlər yuyulur təmizlənir.
Sarimsağı doğrayın, sonra çəfəri doğranır, qarışdırılır.
Bir litirlik banka təmiz yuyulur, ilk önçə şüyüd toxumu bankaya qoyulur,
sonra yumru toxum istiot, açi bibər və bir az sarımsaq və cəfəri bankaya yığılır.
Üzərinə 1 x. q. duru yağ əlavə edin.

Öncə yuyulmuş pomidorun saplaq yerinə bir dəfə diş çöpünü batırın ki,
pomidorun içi də dadli olsun, həm də belə edəndə pomidor çox çatlamır qaynayan zaman.

Sonra pomidoru bankalara yığın. Aralarina halqavari doğranmiş soğan yerləşdirin.

Sonra duzlu suyu vam odda qaynadiriq, qaynara düşəndə altini söndürün və sirkə əlavə edin. Və bir az gözləyin ki, soyusun, pomidorun üzərinə tökürük. Amma, cox qaynar olmaz, bir az soyudun ki, pomidor çatlamasin.

Indi hazir bankalar 12 - 15 dəqiqə isti suda qaynadılır.

Sonra bankaların ağzını qapaqla möhkəm bağlayırıq.

Bağladiğımız bankaların üstünü qalın bir ədyalla örtürük və soyumağa qoyuruq. Soyuyandan sonra üstünü açırıq.

Pomidor turşumuz hazırdır.
Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 6 421
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri