Şotland kökəsi resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 104
Səs ver:
(səs: 1)
Yumşaq və ağızda dağılan konsistensiyalı çay saatlarına yaraşacaq bir biskvit tərifi sınamaq istəyirsinizmi? Qadinla.com sizlərə dadına doya bilməyəcəniz ləzzətli şotland biskviti reseptini təqdim edir.

Həftə sonu qəhvənin yanında bir kökə tərifi axtarırsınızsa dünya mətbəxindən gələn Şotland kökəsi tərifinə nəzər sala bilərsiz. Təsviri olduqca sadə, amma dadı və ətri göz dolduran Şotland kökəsi tam sizə görə.

Tərkibi:
250 qram otaq temperaturunda kərə yağı
125 qram şəkər tozu
100 qram düyü unu
260 qram un
1 şirin qaşığı vanil özüdü (ya da eyni nisbətdə vanil şəkəri)
1 çimdik duz

Bəzək üçün;
2 xörək qaşığı şəkər kirşanı

Hazırlanması:
Qarışdırma qabında yumşaq kərə yağı və şəkər tozu yaxşıca inteqrasiya olunana qədər mikserlə çalın.

Kərə yağlı qarışığa un, düyü unu, vanil və duzu əlavə edin və sürətli yoğurun.

Materiallar həll olunub yumşaq bir xəmir çevriləndə hazırdır demək.

30-32 sm diametrində dairəvi bir soba məcməyisinin dibini və kənarlarını yağlı kağızla örtün.

Daha sonra xəmiri məcməyinin ortasına qoyaraq əllərinizlə kənarlara doğru yayın. Kökə xəmirinin məcməyinin hamısına bərabər şəkildə yayılmasını təmin edin.

Əvvəlcədən hazırladığınız 150 dərəcə sobada 50-55 dəqiqə bişirin.

Bişən kökə dərhal sobadan alaraq sərin bir yerdə bir saat qədər istirahət etdirin.

Soyuyub dincələn kökələri bıçaqla kvadrat hissələrə bölün.

Üzərinə şəkər kirşanı səpərək süfrəyə verin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 104
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri