Tərkibi: Xəmiri üçün: 1 stəkan ilıq süd 1 paket quru maya 3 yemək qaşığı toz şəkər 6 yemək qaşığı otaq temperaturunda kərəyağı 2 ədet yumurta 2 - 2,5 stəkan un
İçini doldurmaq üçün: 1 böyük kasa şanti
Qızartmaq üçün: 1 stəkan duru yağ
Üzəri üçün: 2 yemək qaşığı pudra şəkəri
Bomboloni reseptinin Püf Nöqtəsi İçərisinə şanti kremi, şokolad kremi, mürəbbə, marmelad və ya istədiyiniz başqa materialları istifadə edə bilərsiz. Xəmirini qalın qoymağa çox incə açmamağa da diqqət göstərin.
Hazırlanması: İlıq süd, şəkər tozu və quru maya bir qaba köçürüb yaxşı qarışdırın.
Sonra üzərinə əvvəl yumurtaları əlavə edib çalın.
Otaq temperaturunda kərə yağını da əlavə edərək bir müddət daha qarışdırın. Sonra az az un əlavə edərək yoğurmağa başlayın. Ələ yapışmayan xəmir əldə edin. Sonra xəmiri streç filmə bürüyərək otaq temperaturunda 30 dəqiqə mayalandırın.
Mayalanan xəmiri dəzgaha köçürün. Yüngül unlayaraq xəmir açın. Qalın bir şəkildə buraxmağa diqqət yetirin, çox açmayın. Sonra dəyirmi, istədiyiniz ölçülərdə bir qəlib köməyi ilə, və ya stəkanla yumrular əldə edin.
Yağı qızdırın və hazırladığınız xəmirləri qızdırıcı yağda hər iki tərəfi səliqəli qızardın. Yağını süzdürərək kağız dəsmalın üzərinə alın.
Şanti kremi, şokoladlı kremini ya da mermalatınızı, bir sözlə istifadə etmək istədiyiniz daxili içlik hər nə isə onu bir sıxma torbasına köçürün. Bişirdiyiniz şirniyyatlara balaca bir deşik açın və içini doldurun. Üzərinə şəkər kirşanı əlavə edərək xidmət edin.