Lavaş arası ət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 9 999
Səs ver:
(səs: 3)

 

 

 

 Lavaş arası ət hazırlamaq üçün ərzaqlar:

 750 qr. qoyun əti qiyməsı

750 qr. mal əti qiyməsı
2 yumurta
1 dilim boyat çörək
Duz, istiot
küncüt
1 soğan
2 qaynadılmış yumurta
1 kök
1 çay qaşığı qaynadılmış yaşıl noxud
Üstü üçün
1 hazır lavaş
1 yumurtanın sarısı
30 qr. kərə yağı
1 az kəklikotu
1 stəkan pomidor suyu
Lavaş arası ətin hazırlanma qaydası
Məlum olduğu kimi bəzi yeməklərin hazırlanması kifayət qədər zaman və əməyin hesabına başa gəlir. Təqdim etdiyimiz bu yemək də onlardan biridir…
Kökün qabığını soyun və diri qalmaq şərti ilə qaynadıb süzün. İki yumurtanın sarısını ağından ayırın. Boyat çörəyin içini, doğranılmış soğanı, qıymaları, yumurta sarılarını duz və ədviyyatı bir-birinə qatıb yoğurun və yağlı kağızın üzərinə qoyun. Sonra alınmış kütləni kiçik təpəcik şəkilində açıb içinə iki soyutma yumurtanı, kökü və yaşıl noxudları yerləşdirin. Rulon şəklində büküb üzərinə yumurtanın ağlarını çəkin. Hazır lavaşı kəsib, əti bütünlüklə örtəcək şəkildə bükün. Üstünə yumurta sarısı çəkin, küncüt səpin. Orta dərəcəli sobada öz suyunda, arada bir çevirərək 1 saat yarım bişirin.
Kərə yağını kiçik bir tavada əridib, pomidor suyunu və bir az kəklikotunu əlavə edib bir neçə dəqiqə qovurun.
Bişmiş əti sobadan çıxardın. Dilimləyib pomidor sousu ilə birlikdə süfrəyə verin. Lavaş arası ət artıq hazırdır.

Nuş olsun! :nyam:

Redaktə etdi: PURE LOVE

(səs: 3)
Şərhlər: 1
Baxılıb: 9 999
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri