+++++++++"Kumpir"

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 4 486
Səs ver:
(səs: 0)
Tərkibi:
4 ədəd orta boy kartof.
4 çay qaşığı kərə yağı.
4 yemək qaşığı kəsilmiş holland pendiri.
4 çay qaşığı duz.
4 yemək qaşığı qatıq.
4 çay qaşığı incə doğranmış şüyüd.
1 su stəkanı qarğıdalı konservi.

Hazırlanması:
Kartofları bol su ilə yuduqdan sonra tək-tək alüminium folqoya bağlayın. Əvvəldən isidilmiş 200 dərəcə sobaya yerləşdirib ortalama 30 dəqiqə bişirin.
Bişən kartofları sobadan çıxarıb üfüqi şəkildə ortadan kəsin.
Desert qaşığın köməyi ilə kərə yağı və duzu kartofun içinə qoyub qarışdırın. Qarğıdalını, kartofu içinə doldurun.
Kəsilmiş holland pendiri və qatığı töküb qarışdırın. Üzərinə şüyüd səpdirib, daha sonra xidmət edin.

Nuş olsun! nyam
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 486
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri