Uşaqlarımız üçün sobada çipsi hazırlayaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 8 477
Səs ver:
(səs: 10)
Ən çox uşaqların sevdiyi bu çipslər çox dadlıdır.Ancaq zövqə görə arzu edənlər ədviyyat və duz əlavə edə bilər.Beləki evdə hazırlanmış çipslər təhlükəsizdir və  könül rahatlığı ilə uşaqlara vermək olar.Ancaq çox saxlamaq məsləhət deyil.
ƏRZAQLAR.
Kartof-2-3 ədəd(orta boy)
Ədviyyat-zövqə görə
Duz-zövqə görə
HAZIRLANMASI:
Kartoflar yuyulur,qabıqları soyulub nazik və lay-lay doğranır.Bir kartofun layları perqament kağızının üstünə qoyulur,istəyinizə görə ədviyyat və duz vurulur. Mikrodalğalı soba 700 vt. isidilərək 3-5 dəq. bişirilir.Hər şey sizin sobanızın bişirməsindən asılıdır.Dilimlərin üstü qəhvəyi rəng aldıqda sobadan çıxarılıb kağız salfetlərin üstünə qoyulur.Əgər tez  çıxarsanız,çipsləriniz xırt-xırt olmayacaq.Kortoflar qurtarana kimi belə bişirməyə davam edin.

NUŞ OLSUN
(səs: 10)
Şərhlər: 6
Baxılıb: 8 477
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri