Tərkibi:
Xəmir:
500 q un
15 q yaş maya (yaxud 5 q quru)
1 ç.q. duz
250-300 ml isti su
50 q ərinmiş kərə yağı
50 ml zeyğun yağı
İç:
300 q toyuq qiyməsi
2 orta boy soğan
2-3 diş sarımsaq
2-3 ç.q. qırmızı istiot (paprika)
2 ç.q. zirə
2 ç.q. keşniş toxumu
1 balaca dəstə keşniş (yaxud cəfəri)
zeytun yağı
duz
istiot
Hazırlanması:
250
ml isti suyu dərin ləyənə tökün, içində mayanı əridin. Sonra duz tökün,
unu ələyin. Yumşaq, ələ yapışmayan xəmir yoğurun. Xəmiri 16-20 yerə
bölün, kündələyin. Üstünə dəsmal sərin, isti yerdə 30-40 dəqiqə
saxlayın. Bu müddətdə içi hazırlayın.
Soğanı
iri kubik doğrayın, sarımsağı xırdalayın. Zeytun yağında soğanı
qovurun, sarımsağı, həvəngdəstədə əzilmiş ədviyyatı əlavə edin. Qiyməni
əlavə edin, çəngəllə əzin, qarışdırın. 5-7 dəqiqə bişirin, duz, istiot
vurun, xırda doğranmış göyərti səpin. Ocaqdan götürün, soyudun.
İçi 8-10 hissəyə bölün (kündələrin sayının yarısı qədər).
Sobanı
200 dərəcəyədək qızdırın. Bir kasada bitki və kərə yağını qarışdırın.
Kündənin birini əlinizə götürün. Həmin yağa tamamilə batırın.
Taxtanın
üstünə qoyun, əlinizlə, barmaqlarınızla çox nazik blinçik halına
gəlincə yastılayın. Üstü quruyarsa, barmaqlarınızı yağa batırın.
Blinçikin ortasına iç qoyun.
Əvvəlcə xəmirin sol, sonra sağ tərəfini qatlayın. Barmaqlarınızı yağa batırın, xəmiri yağlayın.
Sonra
alt və üst tərəfləri, qatlarda qalan havanı çıxarmaq şərtilə üstə
qatlayın. Əlinizlə kökənin üstünə azca basın. "Tikiş"i alt tərəfdə
olmaqla çevirin. Bir kənara qoyun.
Daha
bir kündəni yağa batırın, əlinizlə yastılayıb blinçik kimi yayın.
Birinci içli blinçiki götürüb bu blinçikin ortasına qoyun ("tikiş" aşağı
olmaqla). Birinci dəfədə olduğu kimi qatlayın: sol, sağ, alt, üst.
Birinci rqaif hazırdır.
Qalan kündələrdən də belə üsulla rqaiflər hazırlayın.
Hazır
kökələri yağlanmış tavaya "tikişi" üzü aşağı olmaqla düzün. Yağın
qalanını kökələrin üzərinə çəkin. 5-7 dəqiqə saxlayın. Sonra azca
əlinizlə yastılayın. Sobada 35-40 dəqiqə, üstü qızaranadək bişirin.