Tərkibi:
5 kartof
100 q göbələk
0,5 qabaq
1-2 ədəd bolqar bibəri
100 q bərk pendir (ərinmiş pendir də olar)
2 yumurtanın sarısı
duz
küncüt
bitki yağı
Hazırlanması:
* Bu təamı müxtəlif içliklərlə hazırlamaq olar: balıqla, ətlə, tərəvəzlə, yaxud qarışıq.
Kartofu təmizləlyib nazik fal-fal doğrayın, yumşalması üçün 15-20 dəqiqə soyuq suda saxlayın.
Uyğun formalı keks qablarına kartof dilimlərini gül formasında düzün: 5 ədəd kənarına, biri - ortasına, dibinə.
Pendiri
sürtgəcdən keçirin (əgər ərinmiş pendirdən istifadə edəcəksinizsə,
əvvəlcədən dondurucuda saxlayın), yumurta sarıları, duz əlavə edib
eynicinsli kütlə alınanadək çalın.
Bu qarışıqdan hər "çiçəyin" ortasına 1-2 qaşıq tökün (bişəndə "ləçəkləri" birləşdirəcək).
Göbələyi, bibəri və qabağı xırda doğrayıb tavada bitki yağında qovurun, duz, istiot vurun.
Tərəvəz qovurmasını "çiçəklərin" ortasındakı pendirli qarışığın üzərinə paylaşdırın.
"Ləçəkləri" bitki yağı ilə yağlayın.
Formaları
180 dərəcə qızdırılmış sobaya qoyub kartof qızaranadək bişirin. Hazır
olmamışdan 5-10 dəqiqə əvvəl çıxarıb ortasına küncüt səpin.
Kartofları formadan çıxarandan əvvəl bir qədər soyudun. Onda daha rahat çıxır.