Tiçino
- İsveçrənin cənubunda italyandilli kantondur. Adətən, Tiçino çörəyi
düzbucaqlı formada bişirilir, o, əllə kəsilərək yeyilir: bu çörəyi
bıçaqla doğramaq təhqir sayılır.
Tərkibi:
300 q un
1 ç.q. duz
1 ç.q. şəkər tozu
1 x.q. zeytun yağı
10 q yaş maya
170 ml su
Hazırlanması:
Un,
maya, şəkər tozu və duzu qarışdırın. Az-az su əlavə edib yoğurun.
Zeytun yağı əlavə edib daha 7 dəqiqə yoğurun. Xəmir yumşaq və elastik
olmalıdır. Xəmiri qaba qoyub üzərinə plyonka çəkin, isti yerdə 1 saat,
həcmi iki dəfə artanadək saxlayın.
Xəmiri ətləyib 8 bərabər hissəyə bölün, kündələyin.
Formanın
içinə perqament döşəyin. Kündələri bir-birinə bitişik uzunasına qabın
içinə düzün. Üzərinə dəsmal çəkib 20-30 dəqiqə saxlayın.
Sobanı 190 dərəcə qızdırın.
Bişirməzdən öncə xəmirin düz ortası boyu uzunasına iti bıçaqla çərtin.
Üzərinə yumurta çəkin. Provans otları da səpə bilərsiniz.
25-30 dəqiqə, üzəri qızaranadək bişirin.
Zövqə görə isti-isti çörəyin üzərinə sarımsaqlı zeytun yağı çəkib dəniz duzu da səpə bilərsiniz.