Soğan Dolması

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 733
Səs ver:
(səs: 0)
Tərkibi:
6 ədəd böyük boy ağ quru soğan

İçi üçün :
Yarım su stəkan düyü
100 qr qiymə
Yarım çay stəkanı yarma
1 quru soğan
1 yemək qaşığı tomat pastası
1 şirin qaşığı bibər pastası
maye yağ
pul bibər
qara bibər
duz

Sousu üçün;
maye yağ
1, 5 şirin qaşığı tomat pastası

Hazırlanması :
Soğanları soyub ortasından yarısına qədər kəsib qaynar suda qaynadırıq 6-7 dəqiqə, diriliyi keçənə qədər. Suyunu süzüb soyumağa buraxırıq. İçi üçün olan bütün vəsaitləri yoğururuq. Kəsdiyimiz yerlərdən soğanları yarpaq yarpaq ayırıb içinə içlik qoyub içə qıvıraraq bükürük. Qazana düzüb üzərinə bir az yağ və tomatı su ilə açıb tökürük. Üstündən daşmayacaq qədər isti su qoyub xırda qazda da düyülər bişənə qədər bişiririk.

Nuş olsun !
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 733
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri