Hər Gün Olsa yenə yeyəcəyiniz: Tas Kababı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 3 898
Səs ver:
(səs: 0)
Tərkibi:
800 qram dana əti
1 yemək qaşığı günəbaxan yağı
1 yemək qaşığı kərə yağı
1 ədəd orta boy quru soğan
3 diş sarımsaq
1 yemək qaşığı un
1 ədəd orta boy kök
2 ədəd orta boy kartof
1 şirin qaşığı tomat pastası
3 su stəkanı isti su
1 çay qaşığı duz
4 ədəd dənə qara bibər

Hazırlanması:

Yuduğunuz dana əti suyunu süzdürün və kağız dəsmal köməyiylə qurulayın.
Mümkünsə tökmə bir qazanda günəbaxan yağını qızdırın, kərəyağını əlavə etdikdən sonra ətləri qazana alın. Yüksək odda, qapağı bağlı qazanda suyunu çəkənə qədər bişirin.
Quru soğanı xırda- xırda doğrayın. Qabığını soyduğunuz kökü halqa- halqa, kartofları iri küplər halında kəsin.
Doğradığınız quru soğan və bütün haldakı sarımsaqları qovurduğumuz ətlərlə birlikdə yüngül bir rəng alana qədər qovurun.
Bu mərhələdə əlavə edəcəyiniz unu, qoxusu çıxana qədər təxminən 2-3 dəqiqə ətlərlə birlikdə qovurun. Tamatı əlavə edin və qarışdırın.
Daha sonra isti suyu qazana tökün. Doğranmış kök və kartofları əlavə edin. Qara bibər və duzu qatın.
Qapağını bağladığınız qazanda, xırda xodda 30 dəqiqə qədər bişirin.
Konsistensiyalı bir sous halını alan suyu və tərəvəzlərlə birlikdə bişən əti, isti olaraq gözlətmədən xidmət edin.

Nuş Olsun
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 3 898
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri