Köz bibər şorbası resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 1 712
Səs ver:
(səs: 0)
Tərkibi:
6 ədəd qırmızı bibər
1 ədəd kartof
1 kiçik soğan
2 diş sarımsaq
3 su stəkanı su
3 yemək qaşığı üzüm sirkəsi
1 yemək qaşığı kərə yağı
1 yemək qaşığı zeytun yağı
Duz-istiot

Üzəri üçün:
Holland pendiri
Cəfəri

Hazırlanması:
1 kiçik soğanı və sarımsaqları zeytun yağı ilə soteleyin.

Sirkə əlavə edin.

1 kiçik kartof, 6 ədəd közlənmiş bibərin üzərinə 3 su stəkanı qədər su əlavə edin. (Toyuq və ya ət suyu da ola bilər).

Kartoflar pörtlədikdən sonra əl mikseri ilə püre halına gətirin.

Kasanın dibinə kıtır çörək, üzərinə rəndələnmiş holland pendiri və cəfəri əlavə edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 712
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri