Bulqurlu soyuq şorba resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 813
Səs ver:
(səs: 0)
Tərkibi:
500 qram qatıq
4 su stəkanı soyuq su
3 ədəd orta boy xiyar
4 yemək qaşığı pörtmüş incə bulqur
2 yemək qaşığı pörtmüş qarğıdalı
1/2 dəstə şüyüd
1/4 dəstə cəfəri
2 yemək qaşığı zeytun yağı
1/2 çay qaşığı duz
1 ədəd kiçik boy turp

Hazırlanması:
Bol suda yuduqdan sonra qabığını alabəzək şəkildə soyduğunuz xiyarları kiçik küplər halında doğrayın. Şüyüd və seçdiyiniz cəfəri yarpaqlarını incə doğrayın.

Qatığı geniş bir servis qabına alın. Üzərinə əlavə etdiyiniz soyuq su köməyilə konsistensiyanı açın. Hamar olan qatıq tünd bir ayran konsistensiya gələndə doğranmış xiyar, göyərtilər, pörtmüş incə bulqur, pörtmüş qarğıdalı, zeytun yağı və duz əlavə edib qarışdırın. Servis kasalarına aldığınız soyuq şorbaya arzuya görə kiçik küplər halında doğranmış turpu daxil etdikdən sonra nuşcanlıqla yeyə bilərsiz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 813
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri