Arıqladan şorba resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 391
Səs ver:
(səs: 0)
Tərkibi:
200 qram pörtmüş gül kələm
1 ədəd orta boy pomidor
1/2 ədəd orta boy baş soğan
15 qram qovrulmuş badam
15 qram qovrulmuş fındıq ləpəsi
1 diş sarımsaq
2 yemək qaşığı sızma zeytun yağı
1 litr isti su
1 çay qaşığı zerdeçal
1 çay qaşığı köri
1 ədəd çubuq darçın
1/2 çay qaşığı duz
1 çay qaşığı pul bibər (istəyə görə)

PÜF NÖQTƏSİ
Fosfor və vitamin baxımından zəngin bir tərkibə sahib gül kələmlə yanaşı digər tərəvəz və ədviyyatların bir araya gəldiyi minimum yağ və içməli suyla hazırlanan şorba tərifi, ardıcıl və sistemli qidalanma sxemində artıq şişin bədəndən atılmasına, arıqlamağa yardımçı olur.

BİŞİRMƏ TƏKLİFİ
İçməli su əvəzinə tərəvəz suyu istifadə etməyi də seçim edə bilərsiniz.

Hazırlanması:
Baş soğan və sarımsağı kiçik parçalar halında doğrayın. Qabığını soyduğunuz pomidoru, kiçik kublar şəklində kəsin. Zeytun yağını qızdırdıqdan sonra soğan və sarımsaqları 1-2 dəqiqə qədər soteleyin. Sonra kiçik küplər halında kəsilmiş pomidorları əlavə edin və 1-2 dəqiqə daha soteleyin.
Yumşalan pomidorlara 250 ml.. İsti su və 200 qram pörtmüş gül kələmi qatın. 2-3 dəqiqə qaynayan şorba qarışığına zerdeçal, köri, duz, pul bibər və qalan 750 ml.. İsti suyu əlavə edin.

Bişməkdə olan şorba qarışığına çubuq darçını əlavə edib ətirini verməsi adına 1-2 dəqiqə gözlətdikdən sonra çıxarın. Fasilələrlə qarışdırmağa davam etdiyiniz şorba, 9-10 dəqiqə daha bişirin. Sobadan aldığınız şorbanı dərin bir kasaya köçürün. Qızardılmış fındıq və badamları qatdıqdan sonra mətbəx robotu və ya blenderdən keçirdiyiniz şorbanı isti və ya ilıq olaraq serviz edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 391
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri