Naxçıvan küftəsi resepti

Müəllif: NoName
Şərhlər: 29
Baxılıb: 3564
Paylaş:
Səs ver:
(səs: 10)
Daş küftə Naxçıvan kulinariyasının ən məşhur yeməklərindən biridir. Bişirmə üsulu və ləzzəti, təbii ki, fərqli ola bilər. Odur ki, yeməyin əsl dadını hiss etmək üçün elə Vətəninə yollanmağa dəyər. Hətta orada hər evdə iri çay daşı və onun yanında taxta çəkicin olması, həmin yeməyin necə sevilməsini və tez-tez hazırlanmasını göstərir.

Hazırlanması:

Yağlı dana və yaxud qoyun əti taxta baltayla çay daşının üstündə döyülür. Ət 2–3 saat döyüldükdən sonra qiymə halına gəlir. Sonra onun üstünə bir ovuc noxud əlavə edib döyməyə davam edirik. Noxudlar tam əzilib, ətə qarışdıqdan sonra ora təmizlənmiş baş soğan və bir dəstə keşniş əlavə edirik. Daşın üstündə bunlar birlikdə döyülür. Döymə işi bitdikdən sonra bir stəkan düyü, sarıkök və istiot da əlavə edilir. Sonra onların hamısı bir yerdə yoğrulur.

Hazır qiymə bir ovucun içərisinə sığacaq böyüklükdə kündələrə ayrılır. Kündələrin içərisinə ziriş qoyulur. Ziriş yabanı halda bitən ağacın meyvəsidir. Turşməzə dada malikdir. Onu toplayıb qurudur və əsasən küftədə istifadə edirlər. Hazır kündələr dinlənməyə qoyulur.

Bu zaman başqa qazanda yağ–soğan qovururuq. Üzərinə əlavə edilən su qaynamağa başlayınca küftələr qazana boşaldılır. İstəyə görə bura kartof və yaxud əvvəlcədən qaynadılmış noxud əlavə edilə bilər. Yemək hazır olduqdan sonra zövqə görə üzərinə quru nanə tökülür. Daş küftə isti halda yeyilir.

Ən maraqlısı odur ki, naxçıvanlılar daş küftəni soyuduqdan sonra adətən, səhər yeməyində, şirin çayla, lavaşın arasına bükərək yeyirlər. Bu cür daha fərqli dada malik oldğunu deyirlər.

Nuş olsun!

loading...
(səs: 10)
Şərhlər: 29
Baxılıb: 3564
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Luna-90
Bizde cox az yeyilen yemekdi
12 iyul 2015 20:55
29
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
Yusif Ulker
bizde bele hazirlanir mama lezzetli bisirir ureyim indi isdedi 18
21 mart 2015 01:46
28
Offline
ulduz
sevirem mende tez tez bisirirem ama eti cekirem doymurem
13 mart 2015 14:36
27
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Offline
vipbetul
dadli olur bizim yerlerin yemeyi
11 mart 2015 16:50
26
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
leyla_258
YEMISEM YAXSI DADIR.......
2 mart 2015 11:55
25
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
GULTEKIN MEMMEDOVA
Duzdu şirin çayla çox lezzetdi olur.
28 fevral 2015 14:41
24
111222
Offline
ece uslu
kufte nifret etdiyim yemekdi
28 fevral 2015 00:47
23
Offline
Şəbnəm Vüsal
sulu yeməkləri xoşlamıram.amma küftələrini yeyərəm.....
27 fevral 2015 22:37
22
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Offline
SENSİZ
dadli olar mende sevirem indi hami eti cekir anam et taxtasinda doyerdi
27 fevral 2015 20:43
21
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Offline
emis
bizdede bele hazirlanir usteyen noxud vururu isteyend evurmur
27 fevral 2015 19:52
20
Offline
Nergizz
ama yag sogan qovurmadan adi suda biwirende daha dadli olur,naxcivan yemeklerin hamisi dadli olur,,

birdeki kufteye kiwniw yox et otu deyilen goyerti var,tek onu vurursan,o goyerti ancaq kufte ucundu,
27 fevral 2015 19:44
19
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Offline
krisa
Eslinde kufteye noxud qatilir.Duzdur,telesik bisirende qatmaq olmur.Cunki,noxud axsamdan isladilmalidir,sonra bismelidir.Amma kufteni xoslayiram,en cox da Baki kuftesini.Mence burda qeyriadi dad,etin caydasinin uzerinde doyulmesindedir.Maraqli olardi,esil Naxcivan kuftesini dadmaq.
27 fevral 2015 19:40
18
Offline
rəmsə
Nə bilim valla dadlı olmasına sözüm yoxdu,əlbəttə dadlı olar,ancaq məncə indi heç Naxçıvanda da əti döymürlər,çəkirlər ət maşınından

Ancaq küftəni soyuduqdan sonra şirinçayla yeyilməsinə bir anlam verə bilmədim...
27 fevral 2015 18:15
17
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
Qlamurr
Küftə ən sevdiyim yeməkdi,həmişə də noxudla bişiririk,ləzzətli olur...
27 fevral 2015 18:10
16
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
lili)
bizde bisiririk amaki noxudsuz bu esil Naxcivan kufdesidi
27 fevral 2015 18:02
15
Offline
AYKA-ISI
yemiwem qaynanam orda yawayib hazirliyir tez tez
27 fevral 2015 17:24
14
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Offline
Narın Yağış
Biz teref de noxud vurur...noxudsuzda yimiwem, ama noxudlu daha dadli olar mence..
27 fevral 2015 17:21
13
Sənli "Günah" a dəyişmərəm sənsiz "Savab"ları heart
Offline
kespixo
Naxcivan balasinin dekliriyle tam raziyam.o vaxt toxmaqla doyilub biwen kufte bawqa dadli olurdu.indi ne qatsanda o kuftenin dadini vermir.
27 fevral 2015 16:33
12
Offline
naxçıvan balası
Sitat: ayan97
Sitat: naxçıvan balası

Kiiiz size gelecem nede olsa sizin meshur yemeyivizde 09

Boyyy işe düşdüm 122
27 fevral 2015 16:23
11
Offline
qanadli melek
Bizde noxudsuz biwirilir
27 fevral 2015 16:10
10
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv