Tərkibi: 1 l süd, 100 q göbələk, 1yemək qaşığı un, 2 yemək qaşığı zeytun yağı, 1 çay qaşığı əzilməmiş istiot, 1 çay qaşığı duz, 200 ml su
Hazırlaması: Qazanda 1 yemək qaşığı zeytun yağını qızdırın. Ardından unu əlavə edib qovurun. Unun iyi çəkiləndən sonra yavaşça südü və suyu əlavə edib, 8 – 10 dəqiqə qaynadın. Süd qaynayana qədər göbələkləri yuyun. Yuyulmuş göbələklərin suyunu süzün. Yuyulmuş göbələkləri kiçik –kiçik doğrayın. Bir tavada 1 yemək qaşığı zeytun yağını qızdırın. Qızdırmış olduğunuz yağın içinə doğradığınız göbələkləri əlavə edin. Göbələkləri yağda 2 – 3 dəqiqə qovurun. Qovurduğunuz göbələkləri də qazana əlavə edin. Bir az qaynatdıqdan sonra istiot və duzunu da əlavə edin və 5 dəqiqə daha qaynadın. İsti halda servis edin.