Varşava qəhvəsi resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 495
Səs ver:
(səs: 2)
Tərkibi:
1 ç.q. üyüdülmüş qəhvə (cəzvədə bişirmək üçün)
300 ml təzə süd
1 ç.q. şəkər tozu (artıq da ola bilər, zövqə görə)
üyüdülmüş darçın - bıçağın ucunda
vanilli şəkər - o da bıçağın ucunda, amma darçından az

Hazırlanması:
Cəzvəyə süd, şəkər tozu, darçın və vanil tökün. (Şəkər sevməyənlər bunsuz da bişirə bilərlər, həm süd şirin olur, həm darçın şirinlik verir).
Orta itilikli ocaqda bişirin. Qaynara düşənə yaxın üzərində köpük əmələ gələcək. Onu qaşıqla götürüb fincana qoya, yaxud sevmirsinizsə, ata bilərsiniz.

Cəzvəni ocaqdan götürün, qəhvəni az-az əlavə edə-edə durmadan qarışdırın. Yenidən ocağa qoyun. Köpüyü qalxanda götürüb kənara qoyun, köpüyünün yatmasını gözləyin. Qarışdırın. Yenidən orta itilikli ocağa qoyun, köpük yenidən qalxanda götürüb fincanlara süzün. Üzərinə darçın səpə bilərsiniz.

Belə qəhvəni səhərlər içmək məsləhətlidir, o, adamı gümrahlaşdırır, enerjisini artırır, əhvalını yüksəkldir.

Qeyd:

* Bunu südlü qəhvə sevməyənlərə təklif etsəniz, südlü olduğunu deməyin, inanın ki, heç ayırd etməyəcəklər. Amma daha bir fincan istəyəcəklərinə əmin olun.

* Əgər bu qəhvəni əsl, təzə süddən (belə desək, qutudakı deyil, kənd südü) hazırlasanız, o daha dadlı və faydalı olacaq.

* Əgər cəzvəniz yoxdursa, qəmlənməyin, bu qəhvəni adi tayqulpda, yaxud qazançada bişirə bilərsiniz, dadı və ətri itməyəcək.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 495
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri