Bunu içənlər artıq çəkidən xilas olurlar

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 6 933
Səs ver:
(səs: 2)
İdeal çəkiyə qovuşmağı arzulayanlar sadəcə idman və pəhrizlə kifayətlənməməli, arıqlamağa kömək edən təbii vasitələrə də müraciət etməlidirlər. Belə vasitələrdən ən təsirlisi isə yağları əridən içkilərdir.

Tərkibi:
1 stəkan kefir
1 ədəd banan və ya avokado
1 çay qaşığı toz darçın
1 çay qaşığı üyüdülmüş kətan toxumu

Hazırlanması:
Meyvəni mətbəx robotu vasitəsilə püre halına salın. Üzərinə kefiri, kətan toxumunu və darçını əlavə edərək yaxşıca qarışdırın. Axşamüstü saat 16:00-17:00 radələrində və ya gecə yatmazdan 3 saat öncə için.

Axşamüstü içəndə aclıq və yorğunluq hissi aradan qalxır, axşam yeməyində daha az yeyirsiniz. Gecə yatmazdan öncə içdikdə isə səhərə kimi bədəninizdəki artıq yağlar əriyir və günə enerjili şəkildə oyanırsınız.

İçkinin tərkibindəki kefir ehtiva etdiyi zülal sayəsində əzələləri gücləndirir, yağları əridir. Tərkibindəki kalsium maddələr mübadiləsini sürətləndirir. Bu da daha tez və asan şəkildə arıqlamağa kömək olur. İçkinin tərkibindəki darçın isə qandakı şəkərin miqdarını tənzimləyərək uzun müddət tox qalmağı təmin edir. Darçın, həmçinin, gün ərzində şirniyyat yeməyinizin də qarşısını alır.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 6 933
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri