Çuğundur şorabası resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 955
Səs ver:
(səs: 0)
Tərkibi:
1,5 kq qırmızı çuğundur
2 ədəd orta boy qırmızı soğan
3/4 su stəkanı üzüm sirkəsi
2 yemək qaşığı qaya duzu
4 diş sarımsaq
1 yemək qaşığı keşniş toxumu
1 şirin qaşığı dənəvər istiot

Hazırlanması:
Çuğundurları yuyun, qabığını soyandan sonra incə halqalar şəklində dilimləyin. Qırmızı soğanı yarım ay şəklində kəsin. Sarımsaqları seçin. Dərin bir qazana aldığınız çuğundurların üzərini keçəcək qədər su əlavə edin (turşu hazırlanmasında istifadə edəcəyiniz su da bu olacaq). Əvvəl çox, sonra batıq atəşdə 5-10 dəqiqə qaynadın.

Dirilikləri yüngül gedən, qısa müddət pörtən çuğundurları ayrı bir yerə alın. Qaynama suyunun yarısına qaya duzu və üzüm sirkəsini əlavə edib qarışdırın. Pörtmüş çuğundurları şüşə bankaya alın. Sarımsaq və qırmızı soğanı aralara yağın. Keşniş toxumu və dənəvər qara bibərləri əlavə edin.
Hazırladığınız şoraba qarışığını banka örtəcək qədər üzərinə əlavə edib qapağını möhkəm bağlayın. 2-3 saat qədər tərs çevirib, gözləməyə alın. Bərabər bir şəkildə qarışan çuğundur turşusunu, günəş görməyən bir yerdə ən azı bir həftə qədər gözlədin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 955
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri