Qarışıq turşu resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 5734
Səs ver:
(səs: 0)
Tərkibi:
1 ədəd kiçik ağ kələm
10-15 ədəd aci biber
4-5 ədəd qırmızı istiot
8-10 ədəd xiyar və ya kornişon turşu
2-3 ədəd yerkökü
3-4 ədəd yaşıl pomidor
1 ədəd kiçik gül kələm
250 q təzə lobya
Yarım su stəkanı təmizlənmiş sarımsaq
Yarım su stəkanı noxud
1 ədəd limon

Turşu suyu üçün:
1-2 xörək qaşığı limon duzu
2 litr su
1 su stəkanından bir az əskik şoraba duz
1,5 su stəkanı üzüm sirkəsi

Hazırlanması:
Bütün tərəvəzləri yuyun. Ağ kələmi orta qalınlıqda doğrayın.
İti istiotu və qırmızı istiotu içlərinə turşu suyunun girməsi üçün uclarından kəsin.
Xiyarların üstündə bıçaqla kiçik dəliklər açın.
Kökləri orta qalınlıqda halqa şəklində doğrayın.
Gül kələmi parçalara ayırın.
Yaşıl pomidoru istəyir bütün istəsəniz bölərək etmək olar.
Təzə lobya istəyir bütün istəsəniz bir neçə hissəyə bölüb, istifadə edin.
Turşu keçirəcəyimiz kanistrin və ya bankanın dibinə noxudu qoyun.
Qarışıq olaraq tərəvəzləri bankaya yerləşdirin və aralara sarımsaq səpin.
Bankanın kənarlarına əvvəlcədən kəsmiş olduğunuz limon dilimlərini yerləşdirin.
Turşu suyu üçün bir qaba limon duzunu, şoraba duzu, üzüm sirkəsini, suyu qoyun və yaxşıca qarışdırın.
Hazırladığımız turşu suyunu tərəvəzlərin üzərini keçəcək şəkildə bankaya tökün və bankanın ağzını möhkəm bağlayın.

Qarışıq turşunu günəş görməyən rütubətli olmayan bir şəraitdə saxlayın.

Not: Yuxarıdakı tərəvəzləri arzunuza görə əlavə edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 5734
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri