Fərqli dad - Acı bibər mürəbbəsi resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 13
Baxılıb: 2 633
Səs ver:
(səs: 2)
Bu qıpqırmızı bir mürəbbə. Bir qaşıq alırsınız şirin-təzə bir dadı olur, bir az sonra bir acı dad verir. Təəccüblənirsiz bu nədir deyə, sonra o şirinlə acı qarışır. "İki çox sevdiyim şey bir arada"! Deyə, sizi güldürür. İstər səhər yeməyində yeyin istəyirsinizsə, ətin, balığın yanında sous kimi istifadə edin.

Tərkibi:
5 ədəd iri qırmızı bibər
14 ədəd acı qırmızı bibər
2,5 stəkan şəkər tozu
1 stəkan soyuq su
10-12 damcı limon suyu

Hazırlanması:
Beş ədəd qırmızı bibəri incə incə 2-3 millilik kublar şəklində doğrayın. 14 ədəd qırmızı acı istiot tumlarını çıxararaq doğrayın. Üstünə iki yarım stəkan şəkəri tökün, bu şəkildə iki saat gözlədin. Daha sonra 1 stəkan soyuq su əlavə edin və qazanı ocağa alın. Əvvəlcə az atəşdə qaynamağa başlasın sonra orta atəşdə arada üstündəki qırmızı köpüyü alaraq təxminən 40 dəqiqə bişirin. Altını söndürüb 8-10 damcı limon sıxın, 10 dəqiqə sonra mürəbbə konsistensiyanı aldığını görəcəksiniz, artıq bankalara yığa bilərsiz. Sous kimi istifadə edəcəksinizsə kiçik bankalarda az az açıb istifadə etməyinizi tövsiyə edirəm.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 13
Baxılıb: 2 633
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri