Portağal mürəbbəsi resepti

Müəllif: Love Angel
Şərhlər: 4
Baxılıb: 2 459
Səs ver:
(səs: 0)
Tərkibi:
12 ədəd portağalın qabıqları
1 litr təzə sıxılmış portağal suyu
125 qram toz şəkər
yarım çay qaşığı kərə yağı
1 çay qaşığı limon duzu

Hazırlanması:
Portağalın qabıqlarınızı dik formada kəsin. Daha sonra ağ hissələrini bıçaqla yaxşıca soyun. Qalın, təmiz iynə və iplik köməyi ilə soyduğunuz qabıqları yuvarlayaraq ipə düzün. 3 ayrı qazanda qaynar su hazırlayın. İpə düzdüyünüz qabıqları su dolu qazanın içinə qoyaraq 10 dəqiqə qaynadın. Daha sonra buzlu suyun içinə atın və digər iki qazanda da bu üsulu təkrarlayın. Sonra geniş qazanın içinə qazan qoyun və üstünə şəkər əlavə edib, sulanması üçün 2-3 saat gözləyin.

Suyu da əlavə edərək yavaş-yavaş qarışdırın. Limon suyunu da əlavə etdikdən sonra 2-3 dəqiqə qaynadıb qazın üstündən götürün. İpdən çıxarın. Hazırladığınız mürəbbəni bankaya töküb ağzını möhkəm bağlayın. Son olaraq tərs çevirərək soyumağını gözləyin. 1 gün gözlədikdən sonra süfrəyə qoya bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 459
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri