Meymun mürəbbəsi

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 3 568
Səs ver:
(səs: 0)
Amerikalılar bu mürəbbəni "Monkey butter" - "meymun yağı" adlandırırlar. Uşaqların da çox sevdiyi bu mürəbbə daha çox meymunlarla assosiasiya olunan banandan, həmçinin ananas və hind qozunun yonqarından bişirilir. Yəni əsl tropik ekzotika. Bu mürəbbəni həm səhər yeməyində uşaqlara verə, həm də piroqların hazırlanmasında istifadə edə bilərsiniz. Ehtiyatlı olun, asılılıq yaradır.

Tərkibi:
5 banan (təmizlənmiş halda 650 q)
850 q ananas konservi (təzəsi də olar)
25 q kokos yonqarı
25 ml limon şirəsi (1-2 limonun şirəsi)
320 q şəkər tozu

Hazırlanması:

Bananları təmizləyib doğrayın.

Ananası da xırdalayın və şirəsi ilə birlikdə qazana yığın. Kokos yonqarı və bananı əlavə edin. Ananas şirəsinin şirinliyini nəzərə alaraq 320 q şəkər tozu götürün, əgər şirə turş olarsa, şəkərin qədərini artıra bilərsiniz. Limonları sıxıb şirəsini əlavə edin.

Ocağın üzərinə qoyub qarışdıraraq bişirin. Qaynara düşəndən sonra ocağı azaldıb daha 10 dəqiqə bişirin. Əl blenderi ilə eynicinsli kütlə alınanadək xırdalayın. Daha qatı olmasını istəyirsinizsə, bir qədər də bişirin. Qarışdırmağı unutmayın.

Sterilizə edilmiş bankalara yığıb soyuduqdan sonra soyuducuda 1 ay saxlaya bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 568
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri