Yaşıl yağ

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 2 711
Səs ver:
(səs: 0)
Bu sous üçün zeytun yağından istifadə etmək məsləhət görülmür. Çünki özünün spesifik tamından əlavə, zeytun yağı aşağı temperaturda donur və görüntüsü xoş olmur, yəni istifadə zamanı da əlverişsiz olur. Göyərtini xırda doğraya, yaxud blenderdən keçirə bilərsiniz. Həmçinin miqdarını zövqünüzə görə ayarlaya, tərkibini daha çox sevdiyiniz göyərti növləri ilə əvəzləyə bilərsiniz.
Salatlar, makaron xörəkləri, bişmiş kartof, şorbalar üçün əla seçimdir.

Tərkibi:
100 q göy soğan
50 q reyhan
50 q cəfəri
50 q şüyüd
100 q kəvər
300 - 400 ml bitki yağı
1-2 x.q. iri dəniz duzu

Hazırlanması:

Göyərtini tərtəmiz yuyub kağız salfetlə suyunu çəkin.
Göy soğanla kəvəri öncə bıçaqla doğrayıb, sonra digər göyərti ilə blenderə yığın, duz vurub xırdalayın.
Bitki yağını əlavə edib xırdalayın. Sousun qatılığını bitki yağı, yaxud göyərti əlavə etməklə ayarlayın.
Yağı bankaya, yaxud şüşə butulkaya yığın, soyuducuya qoyun. İstifadədən əvvəl çalxalayın. Soyuducuda 2-3 həftə saxlaya bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 711
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri