Albalılı plov resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 848
Səs ver:
(səs: 1)
Tərkibi:
Duz
1 yemək qaşığı dolmalıq fıstıq
1 şirin qaşığı günəbaxan yağı
2 yemək qaşığı şəkər tozu
2,5 su stəkanı su
150 qram kərə yağı
300 qram quşbaşı ət
500 qram albalı
1 ədəd soğan
2 su stəkanı bordo düyü

Hazırlanması:
Düyünü, duzlu və isti suda 1 saat ərzində gözlədin. Soğanı rəndələyin. 1 yemək qaşığı kərə yağını tavada əridərək, soğanı bu yağın içində qızarana qədər qovurun. Üzərinə kiçik tikə ət əlavə olunduqdan sonra ətlər suyunu çəkənə qədər qovurun. Yarım su stəkanı qaynar su əlavə edərək bişirməyə davam edin.

Yarım xörək qaşığı şəkər tozu, duz və qalan kərə yağını bir tavada əridin. Qarışıq bişdikdən sonra 2 stəkan su əlavə edin. Düyüləri kifayət qədər yuduqdan sonra, suyun qaynaması ilə birlikdə qazana əlavə edin. Zəif odda 20 dəqiqə ərzində bişirin.

Plov kifayət qədər dəm aldıqdan sonra keks qəlibinə alaraq ortalarına əti yerləşdirin. Albalıları tumlarından ayıraraq, üzərinə şəkər əlavə edin. Bir iki dəqiqə bişirib plovun üzərinə yerləşdirin. Fıstıqları günəbaxan yağında qovurun. Son olaraq onları da plova əlavə edin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1 848
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri