Tərkibi: Duz 1 yemək qaşığı dolmalıq fıstıq 1 şirin qaşığı günəbaxan yağı 2 yemək qaşığı şəkər tozu 2,5 su stəkanı su 150 qram kərə yağı 300 qram quşbaşı ət 500 qram albalı 1 ədəd soğan 2 su stəkanı bordo düyü
Hazırlanması: Düyünü, duzlu və isti suda 1 saat ərzində gözlədin. Soğanı rəndələyin. 1 yemək qaşığı kərə yağını tavada əridərək, soğanı bu yağın içində qızarana qədər qovurun. Üzərinə kiçik tikə ət əlavə olunduqdan sonra ətlər suyunu çəkənə qədər qovurun. Yarım su stəkanı qaynar su əlavə edərək bişirməyə davam edin.
Yarım xörək qaşığı şəkər tozu, duz və qalan kərə yağını bir tavada əridin. Qarışıq bişdikdən sonra 2 stəkan su əlavə edin. Düyüləri kifayət qədər yuduqdan sonra, suyun qaynaması ilə birlikdə qazana əlavə edin. Zəif odda 20 dəqiqə ərzində bişirin.
Plov kifayət qədər dəm aldıqdan sonra keks qəlibinə alaraq ortalarına əti yerləşdirin. Albalıları tumlarından ayıraraq, üzərinə şəkər əlavə edin. Bir iki dəqiqə bişirib plovun üzərinə yerləşdirin. Fıstıqları günəbaxan yağında qovurun. Son olaraq onları da plova əlavə edin.