Yuxa düşbərəsi..

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 503
Səs ver:
(səs: 3)
Ərzaq:
4 ədəd yuxa
300 qr çəkilmiş ət
1 ədəd soğan (böyük)
yarım stəkan duru yağ
yarım stəkan ayran
duz, istiot

Üzəri üçün:

Sarımsaqlı qatıq,kərə yağında qızardılmış nanə və qırmızı pul bibər.


Hazırlanması:

Soğanı rəndələyirik və ya ət maşınından keşiririk. Ət,soğan, duz və istiotu qarışdırırıq. Bir ədəd yuxanı masanın üstünə səririk, üzərinə əlimizlə əvvəlcə ayran sonra duru yağ sürtürük. Ətdən bir az götürürük yuxanın bir tərəfindən düzürük. Sonra yuxanı oxlava kimi bükürük və 2 sm genişlikdə kəsirik.Yağlanmış tavaya yan yana düzürük. zərinə duru yağ sürtüb 180-190 dərəcədə əvvəlcədən isidilmiş sobada (dxovkada) az qızarana qədər bişiririk. (balaca olduqları üçün tez bişir).Sobadan çıxardıqdan sonra boşqaba qoyuruq və üzərinə sarımsaqlı qatıq və kərə yağında qızardılmış nanə və qırmızı pul bibəri töküb dadına baxırıq.
 
Nuş Olsun
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 5 503
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri