- 2 ədədət bifşteks
- 1 ədəd quru soğan
- 1 ədəd pomidor
- 6 ədəd kornişon turşu (istəyə bağlı)
- 1 çay qaşığı qırmızı bibər
- Yarım limonun suyu
- 1 çay qaşığı sumaq
- Yarım çay qaşığı kimyon
- 1 çay qaşığı qədər duz
- 2 şorba qaşığı zeytunyağı
Lavaşı üçün:
- 1.5 stəkan un
- 1 çay qaşığı şəkər tozu
- 1 çay qaşığından az duz
- 1.5 çay qaşığı quru maya
- Yarım su stəkanı ilıq su (lazım olsa əlavə edin)
Hazırlanması:
İçi:
1- Ətləri mümkün olduğu qədər incə doğrayın. Çəkilmiş ətdən bir az iri olacaq.
2- Zeytunyağı əlavə etdiyiniz tavada, suyunu salıb yenidən çəkənə qədər bişirin.
3- Sonra ətlərin içinə; duz, kimyon və qırmızı bibər əlavə edin.
Lavaşı;
1- Mayanın üzərinə; şəkər və ilıq su əlavə edin 2-3 dəqiqə o halda saxlayın.
2- Unun ortasını hovuz kimi açın; içərisinə duz və mayalı suyu əlavə edin. Qulaq əti yumşaqlığında bir xəmir yoğurun. Konsistensiyasına görə lazım olsa, su ya da un əlavə edin.
3- Xəmiri 10 dəqiqə üzərinə dəsmal örtərək saxlayın. 4 yerə ayırın və unlanmış dəzgahda oxlovla açın.
4- Tavada hər iki tərəfini bişirin.
Tantuninin Hazırlanması:
1- Soğanları doğrayın; duz, sumaq və limon suyu əlavə edərək əlinizlə ovun.
2- Pomidorları doğrayın.
3- İsti lavaş çörəyinin içinə, isti ətli içdən qoyun.
4- Üzərinə; soğan, pomidor və də turşu əlavə edin bükün.