Badımcanlı plov

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 2 869
Səs ver:
(səs: 0)
 Tərkibi:
2 orta boyda badımcan
2 su stəkanı baldo düyü
30 qr kərə yağı
4 su stəkanı ət suyu
1 çay stəkanı günəbaxan yağı
Duz
Hazırlanması:
Badımcanları soyub kub şəklində doğrayın. Duzlu suda 20 dəqiqə gözlədin. Suyunu yaxşıca süzün. Günəbaxan yağında tavada istilədib badımcanları qızardın. Düyüləri bol suyla yuyub süzün. Kərəyağını qazanda istilədib düyüləri qovurun. Ət suyunu əlavə edin. Duz ilə dadlandırıb, suyunu suyunu canına çəkənə qədər bişirin. Sonra 15-20 dəqiqə gözlədin. Qızarmış badımcanları əlavə edin. Budur, badımcanlı plovunuz hazırdır. İsti-isti xidmət edə bilərsiniz.

Nuş olsun! nyam
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 869
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri