Tərkibi:
4 ədəd badımcan
2 ədəd rəndələnmiş pomidor
2 ədəd soğan
2 stəkan düyü
3 stəkan isti su
1 kiçik stəkan zeytun yağı
Təzə nanə
Quru nanə
Duz
Hazırlanması:
1.
Badımcanları zolaqlı soyub kub şəklində doğrayın. Bundan sonra kub
şəklində doğradığınız badımcanları 10 dəqiqə duzlu suda gözlədin. Bundan
sonra badımcanların suyunu süzün, qurulayın. Suyu süzülüb qurulanan kub
şəkilli badımcanları qaynar yağda qızardın. Yağdan çıxardın. Kağız
dəsmal üzərinə qoyun ki, artıq yağları süzülüb ayrılsın.
2.
Bir qazana zeytun yağı qoyun. Soğnları mətbəx robotu vasitəsi ilə çox
kiçik ölçüdə doğrayın. Düyünü ayırtlayın və isti suda islağa qoyun.
Sonra
bu doğradığınız kiçik soğanları zeytun yağında qovurun. Qovrulmuş
soğanın üzərinə rəndələnmiş pomidor əlavə edin. Bu arada islanmış olan
düyülərin suyunu süzün. Soğanla pomidor birlikdə biraz bişdikdən sonra
bunların üzərinə suda isti suda islağa qoyduğumuz düyünü əlavə edin.
3.
Qovrulmuş düyünün üzərinə əvvəlcədən qızartdığımız badımcanları, isti
su və duzu əlavə edib təqribən 15 dəqiqə van odda suyunu çəkənə qədər
bişirin.
4.
Plov bişdikdən sonra üzərinə incə-incə doğranmış yaşıl nanəni, əzilmiş
quru nanəni əlavə edin və plovun dəmlənməsini gözləyin.
Badımcanlı plovu servis edərkən biraz soyumasını gözləyin. Süfrəyə verərkən ilıq və ya soyuq olarak servis etmək olar.