Dadlı göbələk qəlyanaltısı resepti

Müəllif: Antikvar
Şərhlər: 17
Baxılıb: 1982
Paylaş:
Səs ver:
(səs: 0)
Göbələk çox dadlı və faydalı məhsuldur. Qida dəyərinə görə göbələklər ətdən geri qalmırlar.

Göbələklər zülal və karbohitratlarla, aminturşularla, B, C, E, PP, D, fosfor, kalium, sink, dəmir, kalsium, yod, fosfor, fol turşusu ilə zəngindir.

Göbələyin tərkibində olan lesitin orqanizmdə xolesterinin yığılmasına mane olur. Bu səbəbdən göbələklər ürək-damar xəstəlikləri və müxtəlif maddələr mübadiləsi pozulmaları zamanı çox xeyirlidir.

Sink və B qrupu vitaminlərlə zəngin olduğu üçün göbələklər fiziki və əgli yorğunluq, stress, gərginlik zamanı insan orqanizminə çox yaxşı kömək edir.

Göbələklər xüsusi maddələr - antioksidantlarla olduqca zəngindir. Bu maddələr orqanizmdə gedən qocalma prosesləri ləngidir.
 
Tərkibi:
- iri şampinyonlar - 10 dənə
- pendir (holland pendiri) - 150 qr
- xama - 2 xörək qaşığı
- soğan - 1 baş
- sarımsaq - 1 diş
- duz, istiot (zövqə görə)
- bitki yağı (tavaya çəkmək üçün)

Hazırlanması:
1. İri şampinyon göbələkləri seçirik. Onları yaxşı təmizləyirik, yuyuruq və quruduruq. Şampinyonların gövdəsini kəsirik və çay qaşığı ilə ehtiyatla oyuruq.

2. İçlik hazırlamaq üçün soğanı xırda kublar şəklində doğrayırıq və bitki yağında bir qədər qızardırıq. Daha sonra ora xırda doğranmış göbələklərin gövdələrini, duz, istiot, xırda doğranmış sarımsaq əlavə edirik və hazır olana kimi qızardırıq. Axırda xama əlavə edirik, yaxşı qarışdırıq və təxminən 1 dəqiqə ərzində qızardırıq.

3. Pendiri sürtgəcin iri gözündən keçirdirik. Pendirin yarısını içliyə əlavə edirik və yaxşı qarışdırırıq.

4. Tavaya bir qədər yağ çəkirik və göbələkləri düzürük. Hər göbələyin içinə içlik qoyuruq və üzərinə pendir tökürük.

5. Şampinyonları 190-200 C kimi qızdırılmış sobada 10-15 dəqiqə ərzində bişiririk.

Nuş olsun!

loading...
(səs: 0)
Şərhlər: 17
Baxılıb: 1982
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
hec sevmirem
11 mart 2015 15:23
17
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
lili)
elede cox seven deyilem arada hazirlayiram usaqlar yeyir
23 yanvar 2015 09:31
16
Offline
ismayilova ulker
Göbələyi çox sevirəm. Gırək arada hazırlayım.
22 yanvar 2015 04:43
15
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Offline
ece uslu
gobelek sevirem
20 yanvar 2015 00:14
14
Offline
arzum-aysum
göbələk sevmirəm
20 yanvar 2015 00:12
13
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
emis
gobelek hec sevmirem hec yememisem tesekkurler
19 yanvar 2015 22:45
12
Offline
Gulu-Qezi
canim cekdi
19 yanvar 2015 20:47
11
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Offline
Сладкий Ангел
mmm menim olsunn
19 yanvar 2015 19:39
10
.Bir gülüşüm var Sizlərə ömür...
Offline
FISTIK
Təşəkkür ela olar hazirlamaga deyer
19 yanvar 2015 18:36
9
Offline
ILAHE_
Gobeleyi sevirem. Her yemeyinide xowlayiram. Tewekkurler.
19 yanvar 2015 18:19
8
Offline
Aysel Tatli
GOBELEK XOWLAYIRAM AMMMA SALATLARDA YOX
19 yanvar 2015 18:11
7
Offline
Wappuw
gobelek xowlamiram
19 yanvar 2015 17:24
6
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
Offline
rəmsə
Şəkli gördüm ağzım sulandı.
Gərək arada hazırlayım
19 yanvar 2015 17:18
5
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
tatyana
coxxx sevirem men,men icine azca toyuq etide (dos eti)elave edirem.superrr dad olur
19 yanvar 2015 17:13
4
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
Fialka
Hazırlamaq olar məncə dadlı görünür
19 yanvar 2015 17:13
3
Offline
BARBI
Gorunusu qesengdir gobelekden o qederde istifade etmirem
19 yanvar 2015 16:38
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
sona
Sarimsaqdan bawqa hamisi agiz dadima uygundu. Bunu hazirlayam olsa menide cagirsin gelim yeyim))))
19 yanvar 2015 16:32
1
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv