Biriyani resepti

Şərhlər: 13
Baxılıb: 1079
Paylaş:
Səs ver:
(səs: 0)
Tərkibi:
Toyuq
Düyü
Zəncəfil
Sarımsaq
Karri
Şirin paprika
Çili istiotu (üyüdülmüş)
Qatıq
Pomidor (və ya tomat pastası)
Soğan

Hazırlanması:
Toyuğu 12-16 tikəyə doğrayın.

Zəncəfili sürtgəcdən keçirin, sarımsaq əzib qatın.
 
Şirin paprika, acı, üyüdülmüş çili qarışığını elə nisbətdə götürün ki, diliniz yansa da paprikanın dadını hiss edə biləsiniz. Sarımsaqla zəncəfilə də heyfiniz gəlməsin - bişəndə onların acı dadı azalacaq, xörəyin ətri isə sizi valeh edəcək.

Qatıq, pomidor (yaxud tomat pastası), karri, duz, sarımsaqlı zəncəfili eynicinsli qatı kütlə alınanadək qarışdırın.  

Əgər qatıq və ya tomat pastası çox turşdursa, azacıq su və şəkər tozu əlavə edə bilərsiniz. İstənilən halda, bu qarışığın dadına baxın, bəyəndiyiniz inqredientin qədərini artırın.
 
Bu pastanı toyuq ətinə çəkin, bir qaba yığın, sərin yerdə ən azı 4-8 saat saxlayın ki, toyuq ədviyyatı hopdursun.  

Vam odda ərinmiş yağla soğanı qovurun. Yağın dadlanması üçün bir neçə mixək əlavə edin. Bir az qovrulandan sonra mixəyi çıxarın.

Marinə etdiyiniz toyuq ətini sousu ilə birlikdə soğanın üstünə düzün. Ocağı bir az da azaldın, qapağını örtüb 7-8 dəqiqə bişməsini gözləyin, sonra toyuq tikələrini çevirin.  

Qapağı açın, içindəkinin bir qədər soyumasını, yağın üzə çıxmasını gözləyin.

Bu, vacib andır. Gərək düyü öncə sousa deyil, ətirlənmiş yağa batsın.

Ayrı qazanda su qaynadın. Basmati düyüsünü tökün. 2 dəqiqə sonra düyünün təxminən dörddə birini götürüb toyuq olan qazana tökün.

Biriyaninin müəllifi olan hindlilər bu halda bütün düyünü tökərdilər, biz isə başqa cür edəcəyik.

İş burasındadır ki, bişmiş düyü sousa düşəndə daha çox bişəcək, dən-dən durmayacaq. Buna görə də düyünü hissə-hissə, tam bişməmiş əlavə etmək lazımdır. Buna görə də hissə-hissə düyüdən süzüb toyuğun üzərinə təpələmə yığın - yəni, çiy - yarımçiy - bişmiş düyü.  

Hətta bir kənarda 30-40 dəqiqə müddətində bişirilmiş qara düyü ilə basmatini növbə ilə lay-lay düzə bilərsiniz.

Adətən, düyü üçün ən yaxşı ədviyyat zəfərandır. Amma ona uyğun gələn bir ərzaq da var - qara düyü.
 Qara düyü - dietoloqlarla ədabaz aşpazların sevimlisidir. Onu çox vaxt salatlara qatırlar, çünki doğrusu, bişirməyi bacarmırlar.
Qara düyü adi düyüdən daha gec bişir. Ona görə onu qazana birinci salmaq, üstündən 30 dəqiqə keçəndən sonra adi düyünü əlavə etmək olar. Süzəndə isə iki növ düyü eyni qaydada qarışmış olur, həm dadı gözəl olur, həm rəngi. Üstəlik, qara düyü adidən bir az diri olur.

Amma bəzən qara düyü suyu qaraldır, bu zaman onu ayrıca qaynatmaq, dəmə qoyanda ağ düyü ilə qarışdırmaq lazımdır.

Biriyani qazanını 30-40 dəqiqəyə dəmə qoyun.

Hazır olandan sonra üst qatdakı ağ düyüdən götürüb kənara qoyun. Altdakı düyü sarı və qırmızının müxtəlif çalarlarında olacaq. Keşnişi (ya da sevdiyiniz başqa göyərtini) doğrayıb qatın. Rəngli, bəyaz düyünü, toyuq tikələrini buluda çəkin.

Nuş olsun!

loading...
(səs: 0)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Totu
Qariwiq reseptdi beyenmedim tewekurler.
3 yanvar 2016 14:47
13
Offline
Dosta_inam
Terkibi qarisiq geldi mene, belkede dadli bir yemekdir.
13 avqust 2015 10:32
12
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
BARBI
Cox qarisiq reseptdir.terkibindeki ingridiyentleri beyenmedim
13 avqust 2015 01:42
11
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
ayka
terkibini cox beyendim yeqin ki dadli olar...
12 avqust 2015 21:34
10
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Offline
Catwoman666
Sitat: Secret Love
Xəbərin adını Brilyant resepti kimi oxudum

Mən ərindiyimdən heç onu da oxumadım 122

Hazırlanması çətindir. Amma dadlı yeməyə bənzəyir.

...666...
12 avqust 2015 21:00
9
Viking
Offline
Narın Yağış
Xəbərin adını Brilyant resepti kimi oxudum 23 uykum zamanım benim qaliba)) resept biraz çətin gəldi mənə..
12 avqust 2015 20:08
8
Mən istəyirəm bizə baxan insan desinlər ki:
- Ola bilməz bunlar hələ də, bir yerdədirlər?heart

Offline
_LeylaC_
elis xeberi hazirlayibsa yemek dadli olar LIke heqiqeten dadli gorsenir elemeyi bacarmasam bele
12 avqust 2015 19:25
7
her kesi mutlu etmeye calismayi birak. Sen cikolata digilsin
Offline
WiRiN BaLaM
bəyənmədim çox qarışıadır tərkibi )))
12 avqust 2015 19:21
6
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
Fialka
Tərkibi qarışıq reseptir )) bəyənmədim, təşəkkür.
12 avqust 2015 17:23
5
Offline
ALESSANDRA
hec beyenmedim
12 avqust 2015 16:50
4
Don't trust anyone ∆
Offline
yasemin
Nəsə bəyənmədim qarışıqdır.. Tşklər
12 avqust 2015 16:31
3
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
Offline
vipbetul
dadli olar
12 avqust 2015 16:17
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
...AdaDunyam``
terkibi cox qariwiqdi,beyenmedim
12 avqust 2015 14:04
1
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook