Ləzzətli Yemək Reseptləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 28 775
Səs ver:
(səs: 10)
alt

Sobada
kartof qızartması:
Ət yeməklərinin yanında garnir olaraq təqdim edə bilərsiniz, üzərinə ketçup töküb bir payı kartofla keçirə bilərsiniz. Əslində istədiyiniz hər şəkildə yeyə bilərsiniz, qarşınızda sobada kartof qızartması tərifi!

Ərzaqlar:
Yarım kilo dondurulmuş alma dilim kartof
2 çay qaşığı duz
1 çay qaşığı qara bibər
Yağlı bişirmə kağızı

Hazırlanması:
Soba qabını bazasına yağlı kağız sərin.
Kartofları nimçəyə yerləşdirin.
Üzərinə duz və istiot səpin.
Əvvəlcədən isidilmiş 180 dərəcə sobada təxminən 20 dəqiqə bişirin.

Nuş olsun =))

P.S : Qızartma dedim amma heç yağ istifadə etmədim. Bəli, bu şəkildə bişirincə dadı eynilə kartof qızartması kimi olur, həm də kalorisi düşür.


alt

Qozlu Salat:
Beyin və sinir sistemi sağlamlığını qoruyan qoz, sufrələrimizdə mütləq olması lazım olan şəfalı yeməklərdən biridir. Həm əsas Yeməklərinizi həm də pəhriz menünüzde yeyə biləcəyiniz qozlu salat tərifi.

Ərzaqlar:
1 ədəd göbək kahı
2 ədəd pomidor
Yarım su stəkanı çəkilmiş qoz içi
Yemək qaşığı pendir
Yemək qaşığı nar turşusu
Yarım yemək qaşığı zeytun yağı
Duz

Hazırlanması:
Pomidor, kahı və qozu yuyub suyunu süzdürün.
Tərəvəzləri doğrayıp salat kâsasina alın.
Bir kasada nar turşusu, zeytun yağı və duzu yaxşıca qarışdırın.
Qarışığı salatın onyerine gəzdirin,
Üzərinə pendiri və qoz içini əlave edin.
Soyuducuda 10 dəqiqə gözlətdikdən sonra xidmət edin.

Nuş olsun =))

alt

Yumurta Kroket:
Həftə sonu naharları, ya da gün tərifləri olaraq hazırlaya biləcəyiniz yumurta Kroket tərifi. Praktik yumurta kroket həm qidalandırıcı həm də ləzzətli.

Ərzaqlar:
7 ədəd yumurta
1 su stəkanı süd
1 Stəkan un
Yarım dəstə cəfəri
Damağ dadınıza görə duz, istiot, bibər
Qızartmaq üçün duru yağ

Hazırlanması:
Yumurtaları qaynadıb qabıqlarını soyun.
Soyuduqdan sonra uzunlamasına dörd bərabər hissəyə bölün.
düz bir qabda ədviyyatlarla qarışdırın.
Südü geniş bir kasaya alın.
unu düz bir qaba tökün.
Yumurtaları sırası ədviyyat, süd və una batırın.
Bol və qızğın yağda iki tərəfini də kızartın.

Nuş olsun =))

alt

Badımcan Qızartması:
qarışıq badımcan qızartması yemək, xəyal deyil. Yalnız 1 yemək qaşığı yağ ilə badımcan Qızarda bilirsiniz. Ehtiyacınız olan iki əsas vəsait; soba və folyo.

Ərzaqlar:
3 ədəd badımcan
3 ədəd bibər
3 ədəd pomidor
1 diş sarımsaq
1 yemək qaşığı zeytun yağ
Alüminium folyo

Hazırlanması:
Badımcanları alacalı soyub, dilimləyin.
Duzlu suya patlıcanları qoyub, acısını almaq üçün gözlədin.
Badımcanlar süzüb, çox suyunu alın.
Kasaya zeytunyağını alıb, fırçanı batırın.
Badımcanların iki üzünü yağlayın.
Soba qızartma hissəsinin üzərinə folyo sərin.
Badımcanlar sıra ile qoyun
Əvvəlcədən isidilmiş sobada hər iki üzünü 15 dəqiqə bişirin.
Biberleri də eyni şəkildə bişirin.
Pomidorların qabıqlarını soyub rəndələyin.
Tavaya əlavə edib, orta alovda qovurun.
Sarımsağı əzib, pomidora əlavə edin.
Badımcan və biberleri xidmət qabına alıb üzərinə pomidor sousu tökün.

Nuş olsun =))

(səs: 10)
Şərhlər: 5
Baxılıb: 28 775
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri