Tərkibi:
600-700 q çəkidə bütöv, təmizlənmiş balıq
4 st. iri duz
3 yumurtanın ağı
zeytun yağı
1 limon
cəfəri
Hazırlanması:
Sobanı 190 dərəcə qızdırın.
Limonun yarısını dilimləyin, dilimləri cəfəri ilə birlikdə təmizlənmiş balığın içinə qoyun.
Duz, yumurta ağları və 1/4 st. suyu qarışıq yaş qumu xatırladanadək qarışdırın. Əgər gərək olarsa, duz, yaxud su əlavə edin.
Formanın
içinə folqa, yaxud perqament döşəyin. Duz qarışığının yarısını döşəyin.
Balığı üzərinə qoyub duz qarışığının qalanını əlavə edin (balığın üstü
örtülsün).
Sobada 25-30 dəqiqə bişirin.
Sobadan
çıxarandan sonra 10 dəqiqə saxlayın. Sonra taxta qaşıqla üzərindəki duz
qatını götürün. Balığın dərisini soyub filesini qaba qoyun.
Süfrəyə zeytun yağı və limonla verin.