Duzda bişirilmiş balıq resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 125
Səs ver:
(səs: 2)
Tərkibi: 
600-700 q çəkidə bütöv, təmizlənmiş balıq
4 st. iri duz
3 yumurtanın ağı
zeytun yağı
1 limon 
cəfəri

Hazırlanması:
Sobanı 190 dərəcə qızdırın. 
Limonun yarısını  dilimləyin, dilimləri cəfəri ilə birlikdə təmizlənmiş balığın içinə qoyun.  
Duz, yumurta ağları və 1/4 st. suyu qarışıq yaş qumu xatırladanadək qarışdırın. Əgər gərək olarsa, duz, yaxud su əlavə edin. 
Formanın içinə folqa, yaxud perqament döşəyin. Duz qarışığının yarısını döşəyin. Balığı üzərinə qoyub duz qarışığının qalanını əlavə edin (balığın üstü örtülsün). 
Sobada 25-30 dəqiqə bişirin. 
Sobadan çıxarandan sonra 10 dəqiqə saxlayın. Sonra taxta qaşıqla üzərindəki duz qatını götürün. Balığın dərisini soyub filesini qaba qoyun. 
Süfrəyə zeytun yağı və limonla verin. 

Nuş olsun!
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 125
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri