Ağ balıq və sufle resepti

Şərhlər: 3
Baxılıb: 2 091
Səs ver:
(səs: 2)
Tərkibi:

Ağ balıq filesi – 100 qr.

Yaşıl qabaq (zukani) – 1/3 hissə

Yumurta ağı – 1 ədəd

Kəsmik – 1 x.q.

Süd – 2 x.q.

Ağ gül kələmi – 30 qr.

Ananas – 1 dilim

Tahin (küncüt yağı) – 1 x.q.

Alma sirkəsi – 1 x.q.

Ədviyyatlar

Paparika

Xardal

Çili

Duz (dəniz və ya çəhrayı himalay duzu)

Zövqə görə  göyərti

İtaliyan otları qarışımı

Zövqə görə parmesan pendiri

Dekorativ bəzək üçün

Nar şərab və ya zeytun ilə limon suyunun qarışımı



Hazırlanması:

Əvvəlcə
60 qram balığı xüsusi sousda marina edirik. Bunun üçün ananas,
paprika, tahin, sirkə, xardal və çilini blenderdə əzib məhlul halına
gətiririk. Ağ balığı bu sousda 30-40 dəqiqə marina edirik.  Sonra marina
edilmiş balığı 16-20 dəqiqə buxarda bişməyə qoyuruq. O bişərkən qabağın
qabığını təmizləyib, kub şəklində doğrayıb, gül kələmlə 7 dəqiqə buxara
veririk. Yumurtanın ağını bir çimdik duzla mikserdən yaxşıca
keçirdirik. 40 qram çiy balıq və buxara verilmiş
tərəvəzləri, südü,xamanı, italiyan otları qarışımını blenderdən keçirib,
üzərinə də yumurtanı əlavə edirik. Hər tərəfə bərabər miqdarda yayılmaq
şərtilə qarışdırırıq. Qarışımı formaya töküb, əvvəlcədən isidilimiş
sobada  170-180 dərəcədə 20-25 dəqiqə bişiririk. O bişənə yaxın boşqabı
nar şərab və zeytun yağlı qarışım ilə bəzəyirik. 


balıq və sufleni boşqaba yerləşdiririk. Sufleni zövqə görə təzə
göyərtilə bəzəyib, üzərinə pendir ovuntusu və limon əlavə edirik. Xıdra
dekorativ detallarla yeməyinizi bəzəyib süfrəyə verə bilərsiniz.



Nuş olsun!
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 091
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri