Tərkibi: Konservləşdirilmiş qarğıdalı – 250 qr. Təzə göbələk – 100 qr. Toyuq filesi – 150 qr. Baş soğan – 1 ədəd Mayonez Duru yağ Göyərti Zövqə görə duz-istiot
Hazırlanması: Toyuq filesini doğrayırıq. Duzlayıb, istiot vururuq. Yağda hər iki üzünü qızardırıq. Sonra göbələkləri doğrayıb, yağda qızardırıq. Soğanı da doğrayıb, göbələyin üstünə tökürük, azca qızardıb, duz-istiot vurub oddan götürürük. Konservləşdirilmiş qarğıdalının suyunu süzüb, soyumuş göbələyin üstünə əlavə edirik. Toyuq filesini də didib əlavə edirik. Göyərtini də xırda-xrda doğrayıb, satala əlavə edirik. Mayonezini vururuq. Salatı servis edəndə bəzək üçün qarğıdalı dənələrindən istifadə etmək olar.