Tərkibi:
Konservləşdirilmiş qarğıdalı – 250 qr.
Təzə göbələk – 100 qr.
Toyuq filesi – 150 qr.
Baş soğan – 1 ədəd
Mayonez
Duru yağ
Göyərti
Zövqə görə duz-istiot
Hazırlanması:
Toyuq
filesini doğrayırıq. Duzlayıb, istiot vururuq. Yağda hər iki üzünü
qızardırıq. Sonra göbələkləri doğrayıb, yağda qızardırıq. Soğanı da
doğrayıb, göbələyin üstünə tökürük, azca qızardıb, duz-istiot vurub
oddan götürürük. Konservləşdirilmiş qarğıdalının suyunu süzüb, soyumuş
göbələyin üstünə əlavə edirik. Toyuq filesini də didib əlavə edirik.
Göyərtini də xırda-xrda doğrayıb, satala əlavə edirik. Mayonezini
vururuq.
Salatı servis edəndə bəzək üçün qarğıdalı dənələrindən istifadə etmək olar.