Gül kələmi və brokollidən salat resepti

Şərhlər: 4
Baxılıb: 5 223
Səs ver:
(səs: 0)
Gül kələmi, brokkoli azərbaycanlıların mətbəxinə son bir neçə ildə aktiv daxil olub. Hələ də çox xanımlar ondan nə hazırlayacaqlarını bilmir, ailə üzvləri isə dadsızdır deyib yemir.

Həm uşaqlar, həm zərif olmaq üçün qadınlara vacib, bu  2 kələm növündən olan salat reseptini təqdim edirik. Kişilər bəyənməsə də olar.

Tərkibi::
Soğan -1 ədəd
Kiçik brokkoli
Kiçik gül kələmi
Duz, istiot
Sous üçün: xama, mayonez – hərəsindən 3 qaşıq

Hazırlanması:
Kələmlər yuyulur, bütöv halda qaynar suya salınıb, 2 dəqiqə saxlanılır, sonra gül hissələri gödvədən kiçik hissələrə ayrılır. Soğan da yarımhalqa doğranılıb, qarışdırılıb, duz-istiot vurulur. 
Xama ilə mayonez qatılır, istəsəniz içinə sarımsaq, paprika, göyərti əlavə edirsiz. 

Bu sous salata qatılıb, qarışdırılır.

15 dəqiqə kənarda saxlayın ki, sous hopsun ki, salat bərk olmasın.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 5 223
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri