Fıstıqlı balqabaq salatı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 415
Səs ver:
(səs: 3)
Tərkibi:
3 ədəd balqabaq
Yarım çay stəkanı maye yağ
2 diş sarımsaq
2 qaşıq mayonez
4-5 qaşıq qatıq
Duz
Fıstıq
 
Hazırlanması:
Balqabağı balaca-balaca doğrayırıq və tavaya yağı qoyub bir az qızdırırıq. Sonra doöranmış balqabağı tavaya əlavə edirik və balqabağa suyunu buraxıb çəkənə qədər qızardırıq. İçinə arzu etdiyimiz qədər duz əlavə edirik. Suyunu çəkəndə, ocaqdan götürüb soyumağa buraxırıq. Digər tərəfdə bir kasada mayonez, qatıq və sarımsaq qarışığını hazırlayırıq. Balqabaq soyuduqdan sonra balqabağın üstünə töküb qarışdırırıq. Sonra üzərinə dilədiyiniz qədər fıstıq əlavə edib xidmət edirik.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 3 415
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri