Tərkibi:
2 fincan xırda bulgur (Türkiyədə buna köftelik bulqur deyirlər)
2 fincan qaynar su
1 xörək qaşığı tomat pastası
1 xörək qaşığı qırmızı bibər pastası ( acılığı zövqə görə seçilir)
1/3 fincan zeytun yağı
1 orta ölçülü limonun şirəsi
2 xörək qaşığı narşərab
¼ fincan xırda doğranmış baş soğan
1 fincan doğranmış təzə cəfəri
½ fincan doğranmış təzə nanə
½ fincan göy soğan
Zövqə görə duz və xırdalanmış quru qırmızı acı bibər
Süfrəyə vermək üçün kahı yarpaqları
Hazırlanması:
Birinci olaraq bulqur hazırlanır. Bulquru aşağıdakı 2 üsüldan biri ilə hazırlamaq olar.
1-ci
üsul: Bulqur orta ölçülü qaba əlavə olunur. Ayrıca tomat və bibər
pastası qaynar suda həll edilir və bulqurun üzərinə tökülür. Sonra isə
üzəri qapaqla örtülür. Bulqur suyu tam canınca çəkənə və şişənəcən 20
dəqiqə bir kənarda saxlanılır. Sonra qapaq götürülür. Çəngəl və ya
qaşıqla bulqur qarışdırılır.
2-ci
üsul: Bulqur orta ölçülü qaba əlavə edilir.Üzərinə çıxana qədər qaynar
su tökülür. Qapaqla örtülür. Su bulqura tam hopana və bulqur şişincəyə
qədər 20 dəqiqə ərzində ağzı ötülü qabda saxlanılır. Hazır olduqda
qarışdırılır. Üzərinə tomat və bibər pastası əlavə edilir.Bütün bunlar
əllə yaxşıca qarışdırılır.
Daha sonra bura zeytun yağı,limon şirəsi,narşərab qatılır.
Doğranmış baş soğan və digər göyərtilər əlavə edilir və qarışdırılır. Zövqə görə üzərinə duz və qırmızı bibər qarışığı vurulur.
Hazır salat süfrəyə kahı yarpaqları ilə birlikdə verilir.